AZ

Sakinlər bu sürücüdən şikayətçidir – DYP-yə müraciət ünvanlandı - VİDEO

Sabunçu rayonu ərazisində yaşayan sakinlər hər gün qayda pozan sürücü barəsində DYP-ə müraciət ediblər.

Avtosfer.az xəbər verir ki, 10-GU-077 qeydiyyat nişanlı “BMW X-5” markalı avtomobilin sürücüsünün övladlarını məktəbə gətirərəkən əks yola çıxaraq təhlükə yaratdığı idda olunur. Belə ki, nəticədə yolda xaotik vəziyyət yaranır.

Sakinlər bildirib ki, sürücünün uşaqlarını məktəbin darvazasında düşürməsi bütün bunlara səbəb olur.

Qeyd edək ki, sakinlər məsələ ilə bağlı video çəkərək sosial çəbəkələrdə paylaşıblar.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
avtosfer.az

1Mənbələr