AZ

Silahlı təşkilatdan hökumətə təhdid: "Pula görə adam qaçırmağa başlayacağıq"

"Yenidən adamları qaçıracağıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəynaatı Kolumbiyada hökumətlə sülh danışıqları aparan və fidyə (pul) müqabilində adam oğurluğundan vaz keçməyə söz verən silahlı üsyançı təşkilat olan Milli Azadlıq Ordusu (ELN) bu vədindən imtina edib.

ELN-nin yaydığı bəyanata görə, gəlir əldə etmək  məqsədi ilə adam qaçırmamaq tələbinə son qoymağa qərar verilib: "Çünki hökumət bizlə danışıqlara və verilən sözərə əməl etməyə həvəsli deyil. Danışıqlar zamanı bizə normal maliyyə vədi verilib, ancaq b da yerinə yetirilməyib. O səbəbdən qərarımızı dəyişdik. İndi hər şey hökumətin atacağı addımlardan asılıdır".

Hökumət isə buna cavab olaraq bildirib ki, adamqaçırma  heç bir şəkildə danışıqlar mövzusu ola bilməz: "Ümid edirik ki, ELN Kolumbiya xalqına və beynəlxalq ictimaiyyətə verdiyi sözə sadiq qalacaq. Hər hansı bir adam oğurluğu hərəkətinin sülhə zərər verəcəyini xatırlatmaq istərdik". 

Tahir Şəlvəli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla