AZ

ABŞ-dan Rusiyanın nüvə təlimlərinə reaksiya: "Bu, məsuliyyətsiz addımdır"

ABŞ Rusiyanın Ukrayna sərhədində nüvə təlimlərinə başlaması barədə qısa bəyanat verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general Pat Rayder açıqlama verib.

O, Rusiyanın Ukrayna sərhədi yaxınlığında və digər bvölgələrdə nüvə qoşunlarını hərəkətə gətirməsi  “məsuliyyətsiz addım"dır: "Bu, Rusiyadan keçmişdə eşitdiyimiz məsuliyyətsiz ritorikanın daha bir nümunəsidir. Mövcud təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla bu, tamamilə yersizdir".

Firudin  Səfərli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla