AZ

Vətəndaşa dəfn üçün müavinət verilməlidir - Deputat

“Vətəndaşları narahat edən problemlərdən biri dəfn zamanı birdəfəlik müavinətlərin alınmasıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 7 may 2024-cü il tarixli iclasında deputat Fazil Mustafa deyib.

“Mənə olan müraciətlər bu gün bu məsələni qaldırmağa məni məcbur etdi. Vətəndaşın 17 il əmək stajı var, şəkər xəstəliyinə görə 14 il yataqda qalıb və vəfat edib. Yoldaşı dəfn pulu ala bilmir, deyirlər ki, işləməyib. Biz bu prinsipi aradan qaldırmalıyıq. Əmək pensiyası üçün məbləğ 300 manatdır, amma bütün vətəndaşlara 300 də olsa, 500 də olsa, dəfn üçün müavinət verilməlidir. Bəziləri heç pensiya yaşına çatıb o pulu ala bilmir, heç olmasa öləndə verilsin”,-millət vəkili qeyd edib.

Aytac Aslan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
50
Mənbələr
Şərh ()
Bağla