AZ

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

Bakı. Trend:

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsilmüəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Trend-in xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən "Təhsil haqqında" AzərbaycanRespublikasının Qanununa dəyişiklikdə qeyd olunub.

Dəyişikliyə əsasən, aşağıda qeyd edilən şəxslərin təhsil haqqıdövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

- dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsilimüəssisələrində təhsil alan valideynlərini itirmiş və valideynhimayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olanşəxslər;

- dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsilimüəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri;

- dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsilimüəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazibütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə"Müharibə veteranı" adı almış şəxslər;

- dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsilimüəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faizpozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmişşəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olanşəxslər,

- dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsilimüəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazibütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsiilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasınınazadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbiəməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elanedilən vətəndaşların uşaqları;

- dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüşşəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununauyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasınınvətəndaşları;

- peşə təhsili müəssisəsində təhsil alan 20 yaşına çatmamış vəorqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyimüəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundanaşağı olan şəxslər;

- peşə təhsili müəssisələrində təhsil alan köçürülmə günü anabətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürməzonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadəkyeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş vəÇernobil AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısıolmuş, yaxud Çernobil qəzası nəticəsində zərər çəkmiş və birbaşaradioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərinbirindən olan uşaqlar.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin bu günkeçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişiklik müzakirəyəçıxarılıb. Qanun layihəsi sosial müdafiəyə xüsusi ehtiyacı olan birsıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsilaldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabınaödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsiməqsədilə hazırlanmışdır. Layihəyə əsasən "Təhsil haqqında"Azərbaycan Respublikasının Qanununda 14.8-1-ci maddənin yeniredaksiyada verilməsi və mövcud qanunvericilikdə nəzərdə tutulantəhsil xərcləri ilə bağlı azadolmaların, o cümlədən bir sıra yeniimtiyazların qeyd edilən maddəyə əlavə edilməsi təklif olunur.

Belə ki, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşətəhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsilimüəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin, özəl peşətəhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşınaçatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görəəlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayışminimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsilaldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaitihesabına ödənilməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
17
Mənbələr
Şərh ()
Bağla