AZ

Təcili yardım həkimindən əxlaqsız hərəkət – 20 yaşlı qıza iynə vuraraq…

Mayın 4-də İrəvanda baş vermiş hadisə Ermənistanda böyük əks-səda doğurub.

KONKRET.az xəbər verir ki, 20 yaşlı İrəvan sakini Anahit E. Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək təcili yardım həkiminin ona qarşı ədəbsiz hərəkətlər etməsi barədə məlumat verib.

Məlum olub ki, özünü pis hiss etdiyinə görə təcili yardım xidmətinə müraciət edən qız təcili yardım həkiminin xoşagəlməz hərəkətləri ilə qarşılaşıb.

Belə ki, həkim Anahitə iynə vurub, sonra qızı özünə çəkərək, öpməyə və seksual hərəkətlər etməyə başlayıb. Qız çabalasa da, həkim maşından düşməsinə imkan verməyib.

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, adıçəkilən həkim 22 yaşlı İrəvan sakinidir.

Müraciət əsasında cinayət işi başlanıb və sözügedən həkim axtarışa verilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla