Qazaxıstana gedən Tacikistan vətəndaşlarına hava limanlarında yoxlamaların gücləndirilməsi ilə bağlı xəbərdarlıq edilib.
APA xəbər verir ki, bu barədə Tacikistan XİN açıqlama yayıb.
“Siz səfərin məqsədi və vaxtı, yaşayış yeri, dostlarınızın və ya qohumlarınızın Qazaxıstanda olması ilə bağlı suallara cavab verməyə hazır olmalısınız, zəruri hallarda onların yaşayış ünvanını və əlaqə nömrələrini təqdim etməlisiniz”, - Tacikistan Xarici İşlər Nazirliyindən bildirilib.