AZ

Rusiyada ABŞ əsgəri həbs edildi

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Cynthia Smith verdiyi açıqlamada bir ABŞ əsgərinin mayın 2-də Rusiyada saxlanıldığını açıqlayıb.

News24.az xəbər verir ki, Smit bildirib ki, “Rusiya ABŞ Dövlət Departamentini Konsulluq Münasibətləri üzrə Vyana Konvensiyasına uyğun olaraq saxlanma barədə məlumatlandırıb. Ordu onun ailəsinə xəbər verib. ABŞ Dövlət Departamenti Rusiyadakı qoşunlara müvafiq konsulluq dəstəyi göstərir. Bu məsələnin həssaslığına görə, hazırda əlavə təfərrüatlar verə bilmərik".

İYULUN 2-nə qədər HƏBS OLACAQ

Adı açıqlanmayan 4 amerikalı “Qordon Black” adlı ABŞ əsgərinin Cənubi Koreyada xidmətdə olduğunu və onun Rusiyaya rəsmi iş üçün deyil, fərdi şəkildə getdiyini bildirib.

Primorski Rayon Məhkəməsinin mətbuat katibi Elena Oleneva Rusiya mətbuatına verdiyi açıqlamada Vladivostokda saxlanılan Amerika əsgəri Blekin oğurluqda günahlandırıldığını və onun 2 ay müddətinə həbs olunmasına qərar verildiyini bildirib.

“Vladivostokun Primorski Dairə Məhkəməsi ABŞ əsgəri Qordon Blekin oğurluğa görə iyulun 2-dək həbsdə saxlanması barədə qərar çıxarıb”, - Oleneva bildirib.

ƏSGƏR HAQQINDA İDDİALAR

ABŞ-da yerləşən Associated Press xəbər agentliyi 34 yaşında olduğu deyilən amerikalı əsgərin Cənubi Koreyada xidmət etdiyini və məmləkəti Texasdakı Fort Kavazos şəhərinə qayıtmalı olduğunu bildirib.

NBC News ABŞ əsgərinin Rusiyaya münasibətdə olduğu qadın üçün gəldiyini iddia edib.

Rusiyanın “İzvestiya” qəzeti adı açıqlanmayan mənbəyə istinadən verdiyi xəbərdə ABŞ əsgərinin internetdə Vladivostoklu bir qadınla tanış olduğunu, ikisinin bir müddət birlikdə yaşadığını, ABŞ əsgərinin qadını döyərək 200 min rublunu (2200 dollar) oğurladığını bildirib. 

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
4
Mənbələr
Şərh ()
Bağla