AZ

Ermənistan Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, istehkamçılar Tavuşun Xeyrimi (Kirants) kəndi yaxınlığında minaları partlatmaqla zərərsizləşdirəcəklər.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, partlayış işləri bu gün saat 12:00-da kənddən 1800 metr şimalda aparılacaq.

Müdafiə Nazirliyi sakinləri bu məlumatı nəzərə almağa və panikaya düşməməyə çağırır.

Qeyd edək ki, Xeyrimli (Kirants) istiqamətində bu günlərdə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası işləri aparılır.

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla