AZ

Hansı işçiləri işdən çıxarmaq qadağandır?

Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar təsbit olunub. Belə ki, istisna hallarda işəgötürən tərəfindən işçinin işdən çıxarılması qadağandır.

Valyuta.az xəbər verir ki, işdən çıxarılmasına qanunla yol verilməyən şəxslər bu kateqoriyaya aiddir:

- Hamilə və ya üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər.

- Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilər.

- Əmək qabiliyyətini müvəqqəti itirən işçilər.

- Şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olan işçilər.

- Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə.

- Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilər.

- Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla