AZ

KAAN döyüş təyyarəsinin ikinci uçuş sınağı yerinə yetirilib – VİDEO

Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən KAAN milli döyüş təyyarəsinin ikinci uçuş sınağı yerinə yetirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.

Bildirilib ki, sınaq zamanı 14 dəqiqə havada qalan döyüş təyyarəsi 10 min fut yüksəkliyə qalxıb.

Türkiyədə KAAN döyüş təyyarəsi ilə bağlı işlərə 2016-cı ilin avqust ayından başlanılıb. Cari ilin fevralı ayında isə döyüş təyyarəsi ilk uçuşunu həyata keçirib. 5-ci nəsil döyüş təyyarəsi olan KAAN 2030-cu ildə mərhələli şəkildə Türkiyə Hərbi Hava Qüvvələrinin istismarından çıxarılacaq F-16 döyüş təyyarələrinin yerini alacaq.

TUSAŞ şirkəti tərəfindən 2028-ci ildə Türkiyə HHQ-yə 20 ədəd KAAN döyüş təyyarəsi təhvil veriləcək. Blok 10 versiyasında olacaq bu təyyarələr F-35-in alt və F-16-nın yuxarı seqmenti olacaq. 5-ci nəsil KAAN-lar isə 2030-cu ildə Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya parkına daxil ediləcək.

Üstün döyüş qabiliyyətləri sayəsində KAAN həm “hava-hava”, həm də “hava-yer” tipli tapşırıqları effektiv şəkildə yerinə yetirə biləcək. Döyüş təyyarəsi hədəfləri aşkarlaya bilməsi üçün ASELSAN şirkətinin AESA radarı ilə təchiz olunacaq. KAAN, hədəfləri məhv etməsi üçün “Roketsan” şirkəti və TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanan müxtəlif raket və bombalarla silahlandırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla