AZ

“Məlhəm Beynəlxalq Hospital” sertifikasiyasız həkim çalışdırır

“Məlhəm Beynəlxalq Hospital” barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az yazır ki, sözügedən hospital İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələbini pozub. Belə ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Hospitalla bağlı işə 15 may tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə baxılacaq.

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla