AZ

ABŞ-dan Türkiyə və İsrailə diqqət çəkən zəng

Türkiyə İsraillə ticarəti dayandırmaq qərarına gəldikdən sonra ABŞ iki ölkəni mübahisələrini həll etməyə çağırıb. "Fikir ayrılıqlarını həll edin", - bəyanatda deyilir.

Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, Türkiyə ilə İsrail arasında ticarətin dayandırılması ilə bağlı suala, "Hər ikisi bizim müttəfiqimizdir və biz onları fikir ayrılıqlarını həll etməyə təşviq edirik" dedi.

Ticarət Nazirliyi keçən həftə İsraillə bağlı bütün məhsulları əhatə edən ixrac və idxal əməliyyatlarının dayandırıldığını açıqladı. Bəyanatda, "İsrail hökuməti Qəzzaya fasiləsiz və kifayət qədər humanitar yardım axınına icazə verənə və atəşkəs əldə olunana qədər Türkiyə bu yeni tədbirləri ciddi və qətiyyətlə həyata keçirəcək".

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla