AZ

Siyasi düşmənlərimizin və sanksiyaçılarınAzərbayacana yolu birdəfəlik bağlanmalıdır - Zahid Oruc

Bakı. Trend:

Qələbəmizə qarşı BMT-dən başlayan sanksiya planları iflasauğrayandan sonra indi ABŞ Konqresində ölkəmizin seçilmiş adamlarınaqarşı cəza layihəsi işə salınıb. Araşdırmalar göstərir ki, sənədiilk dəfə hazırlayan Konqresin “Tom Lantos İnsan HüquqlarıKomitəsi”, habelə Tom Lantos Fondu eynilə 1992-ci ildə 907-cidüzəlişin də təşəbbüskarları və müəllifləridir".

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçiriləniclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputatZahid Oruc deyib.

O bildirib ki, üstündən 32 il keçməsinə baxmayaraq, lantoslarailəsinin əliylə dünya erməniçiliyi ölkəmizə qarşı siyasi şantajaəl atır.

"Argentinanın ən varlı adamı, “aeroport maqnatı” kimi tanınanEduardo Ernekyanın sədrlik etdiyi Raul Vallenberq adına İnsanhaqları İnstitutu, eyni adlı Fond da hörümçək toru quraraq,sanksiyaları təşviq edir, qlobal hüquq və ədalət strukturlarındamütəşəkkil dəstə, “beynəlxalq hüquq mafiyası” kimi gecə-gündüzəleyhimizə işləyirlər. 90-cı illərin 1 milyon məcburiköçkün-qaçqın-məğlub ölkəsi ilə müqayisədə indi bizi Zəfərəmizəgörə cəzalandırırlar. Əlləri çatsa, təkcə Vətən müharibəsininqəhrəmanlarına qarşı deyil, bütün xüsusi təyinatlılarımıza,komandoslara, hər bir şəhidimizə, bir sözlə, bütün AzərbaycanOrdusuna qarşı hərbi hökmlər çıxararlar. Xalqımızın müqəddəssimvoluna çevrilən 44 rəqəmini ləkələmək üçün “44 Azərbaycanrəsmisi” ifadəsinin seçilməsi də sübut edir ki, 8 Noyabr Zəfəritəkcə bir ölkə üzərində qazanılmayıb. Dövlət elitasında parçalanmavə daxili inamsızlıq yaratmaq üçün bir sıra mühüm nazirlərin,rəsmilərin adları siyahıda yoxdur. Sənədin birinci variantından“türkiyəli komandirlər” Bəxtiyar Ersay, Şeref Önqay, GökselKahyanın adlarının sonradan çıxarılması Türkiyəni Azərbaycanlabirləşdirməkdən çəkinmənin nıticəsidir", - deyə o qeyd edib.

Komitə sədri vurğulayıb ki, ABŞ Konqresi və Fransa Senatı iləmüqayisədə Ermənistan parlamenti sülh göyərçini kimi görünür.

"“Gürcü arzusu”nun lideri İvanişvli haqlı olaraq onları “qlobalmüharibə partiyası” adlandırır. Bizə xarici siyasət kursumuzudəyişməyi, Ağ Evin və Brüsselin təsir agentlərinə çevirdikləriqeyri-hökumət təşkilatlarına rəsmi hakimiyyət verməyi tələbedirlər. Bu il aprelin 24-də Cozef Baydenin “artsax” kəlməsiniişlətməməsi və Xankəndidə “etnik təmizləmə” iddiasına “sıfırreaksiyası “sənəd”i heç bir hüquqi əsası olmayan “erməni aktı”naçevirir. Siz riyakarlığa baxın ki, Bob Menendesin korrupsiyayaəməllərinin ifşasından sonra indi konqresmen Henri Kuelyanı guyaAzərbaycandan rüşvət almaqda ittiham edirək, ölkəmizin dostlarınılinç etməyə qalxıblar. Ona görə Azərbaycan dövlətinin sanksiyalaracavabı Böyük qayıdışı gücləndirməsi, delimitasiyasını addım-addımirəliyə aparması, regionda sülhü qazanması, qardaş Türkiyə iləhərbi-siyasi ittifaqı möhkəmləndirməsi, region dövlətləri iləkonfrontasiyaya getməməsi, nəhayət, torpaqlarımızın işağlına dəstəkverən konqresmenləri, dövlət katibi Ceyms Beykerdən, Göyçədağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını qarasiyahıda dünyaya sülhün düşmənləri kimi göstərmək olmalıdır. Siyasidüşmənlərimizin və sanksiyaçıların Azərbayacana yolu birdəfəlikbağlanmalıdır", - o deyib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
15
Mənbələr
Şərh ()
Bağla