AZ

Bu çayların xərçəng yaratdığı - sübut edildi



Piramida paket şəklində çaylar orqanizmdə mikroplastik yığılmasını artırır və xərçəng yaradır.


“Medicina” xəbər verir ki, həkim fizioloq Aleksandr Sozıkin paket çaylarını ciddi tənqid edib.


“İnsanlar çay mədəniyyətini yenidən öyrənməli, yarpaq çay dəmləməni öyrənməlidir.

Piramida paket formasında çaylar təhlükəlidir.

Bu piramidlərin qaynar suda dəmlənməsi zamanı çoxlu mikroplastiklər parçalanıb, süni nanohissəciklərə ayrılır.

Müntəzəm bu çayları istifadə etdikdə, mikroplastik ayrı-ayrı orqan və toxumalarda toplanıb xərçəng yaratmağa qadirdir.


Xüsusən mikroplastik təsirindən qan, limfa, qaraciyər və böyrək xərçəngi ola bilər.

Paket çay əvəzinə, istər iş, istər evdə təbii yarpaq və ya qranulə edilmiş çay dəmləyib təzə için”.


Aygün Musayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla