AZ

AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlara başladı

AFFA milli komandanın baş məşqçisi postuna axtarışaları davam etdirir.

Sportal.az xəbər verir ki, federasiya almaniyalı mütəxəssis Ştefan Kuntsa təklif göndərib. Bu barədə "Sky Sportsun" əməkdaşı Florian Plettenberq məlumat yayıb. AFFA 62 yaşlı məşqçi ilə danışıqlar aparır.

Kuntsun adı "Bavariya" və Kanada milli komandası ilə də hallanır. Təcrübəli məşqçi Kanada millisində çalışmağa isti yanaşır.

Qeyd edək ki, Ştefan Kuns 2021-2023-cü illərdə Türkiyə millisinin baş məşqçisi olub. O, daha əvvəl Almaniyanın U-21 yığmasını çalışdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla