AZ

Göygöldə “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirilib - FOTO

Mayın 7-də Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonu, Topalhəsənli kəndi ərazisində “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirilib.

APA xəbər verir ki, tədbirin keçirilməsində məqsəd intensiv yağıntıların xarakterik olduğu yaz-yay fəsillərində çaylarda yarana bilən sel və daşqınlar zamanı zəruri təhlükəsizlik qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Yerli icra nümayəndəliyinin, o cümlədən bələdiyyələrin, kənd sakinlərinin və ictimai iaşə obyektlərinin əməkdaşlarının da iştirak etdiyi görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi məqsədilə bu kimi tədbirlər müntəzəm olaraq keçirilir.

Göygöldə Göygöldə Göygöldə Göygöldə Göygöldə Göygöldə Göygöldə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla