AZ

“ASET Maliyyə Texnologiyaları” ötən ili - ZƏRƏRLƏ BAŞA VURUB .- HESABAT

Bank Olmayan Kredit Təşkilatı “ASET Maliyyə Texnologiyaları” MMC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.

FED.az xəbər verir ki, kredit şirkəti ötən ili 40 min manata yaxın xalis zərər ilə başa vurub. 2022-ci ili isə  81 min manat xalis zərər ilə bağlamışdı. Zərərin azalması gəlirlərin artması ilə bağlı olub.

 “ASET Maliyyə Texnologiyaları”nın faiz və komissiya gəlirləri , 2023-cü ildə 36 min  manat olub. Göstəricilər son bir il ərzində 32,6 min və ya  10,5 dəfə artıb. 

Bunun da 16,1 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilmiş gəlirlərin, 20 min manatı isə kreditlərin verilməsi üzrə haqq və komissiya gəlirlərinin payına düşüb. İllik müqayisədə müştərilərə verilmiş kreditlərdən əldə edilmiş gəlirləri 12,7 min manat və ya 4,7% artıb. Ötən il kreditlərin verilməsi üzrə haqq və komissiya gəlirləri olmayıb.

Digər faiz gəlirləri isə 60,4 min manata bərabər olub.

image

image

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla