AZ

"Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərməliyik" - MM-də TƏKLİF

“10 mayda Heydər Əliyev Fondunun 20 ili tamam olur”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

 

“Heydər Əliyev öz həyatının mənasını xalqa xidmət etməkdə görürdü, onun adını daşıyan fond da bunu rəhbər tutur. Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın zəhmətkeşliyi, humanizmi Fondun hamıya tanış olan simasını müəyyən edir. Fəaliyyətə başladığı dövrdən Fond həm Azərbaycanda, həm də dünyada bir çox təşəbbüs göstərib.Əsas sahələr tibb, elm, səhiyyə, ekoloji mühitin yaxşılaşdırılmasına dair layihələrin gerçəkləşdirilməsi ilə bağlıdır. Azərbaycan haqqında doğru məlumatların yayılmasında ən böyük işlərdən biri Leyla xanım Əliyevanın  “Xocalıya ədalət” təşviqat kampaniyasıdır. Fondun ana xətlərindən biri yardımdır. Minlərlə insanın sağlamlığının bərpa edilməsi xalqımızın ən yüksək mənəvi dəyərlərindən olan humanizmin parlaq ifadəsidir. Qazilərimiz yüksək keyfiyyətli protezlərlə təmin olunur, lazım olduqda xaricdə müalicələr davam etdirilir”.  

 

“Təklif edirəm ki, Fondun prezidenti Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərək və Fondun kollektivinə uğurlar arzulayaq”,- S.Qafarova əlavə edib. 

 

Firuzə Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla