AZ

Musa Qurbanlıdan “Yurqorden”də növbəti qol

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı “Yurqorden”nin U-21 komandasının heyətində növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, 22 yaşlı futbolçunun komandası Elit Liqa Kubokunda “Deqefors”la üz-üzə gəlib.

6 qolun vurulduğu matçda hesabı Qurbanlı açıb. Yekunda “Yurqorden” 4:2 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, “Yurqorden” Elit Liqa Kubokunun növbəti matçında səfərdə BP-nin qonağı olacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla