AZ

Azərbaycan DİM üzrə dördüncü milli hesabatını hazırlayan 5 ölkə sırasındadır - Markos Neto

Bakı. Trend:

Azərbaycan DİM üzrə dördüncü milli hesabatını hazırlayan 5 ölkəsırasındadır.

Trend xəbər verir ki, bunu mayın 7-si BMT Baş KatibinininKöməkçisi, İnzibati Köməkçi və Direktor, BMTİP-in Siyasət vəProqram Dəstəyi Bürosunun direktoru Markos Neto, “Azərbaycanın 4-cüKönüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələrvə 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqununaçılışındakı nitqində deyib.

“Azərbaycanı DİM üzrə dördüncü milli hesabatını hazırlayan 5ölkə sırasındadır. Bununla əlaqədar Azərbaycanı təbrik edirik”, -deyə o bildirib.

Netonun sözlərinə görə, qadınların iqtisadiyyatda iştirakı əlavə12 triliyon dollar deməkdir.

“Qadınların iqtisadiyyatda iştirak etməsinin qarşısınınalınmasının fəsadları inanılmazdır”, - deyə o bildirib.

O qeyd edib ki, BMT Azərbaycanda qadınların iqtisadiyyatdarolunun artırılması üçün dəstək verməyə hazırdır və maliyyəproqramları hazırlaya bilər.

“Biz Azərbaycanın milli prioritetlərinə dəstək verir, minatəmizləmə, gender bərabərliyi, iqlim dəyişikliyi istiqamətlərindəbiliyimizi paylaşırıq.

Biz Azərbaycanda 17 qadın resurs mərkəzinin yaradılmasına nailolmuşuq. Bununla da 8 mindən artıq qadın müxtəlif kurslardan keçib,avadanlıqlarla təmin edilib. Biz onlara həm psixoloji, həm də maddidəstək göstəririk”, - deyə o bildirib.

Neto qeyd edib ki, qlobal olaraq qadınlar üçün qadağan olunanpeşələr sahəsində islahatlar aparılmalıdır.

“Azərbaycan bu sahədə gözəçarpan nailiyyətlər əldə edib. Bizistərdik ki, Azərbaycan bütün sahələrə gender bərabərliyiməsələsini inteqrasiya etsin. Azərbaycan bu mövzuda Braziliyanıntəcrübəsindən də faydalana bilər”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatınadair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişafMəqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqukeçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
Mənbələr
Şərh ()
Bağla