AZ

Bakı sakininə xəsarət yetirərək telefonunu əlindən alıblar

Xətai rayonunda yerləşən dəmir yolu ərazisində bir nəfər şəxsə qarşı quldurluq əməli törədilməsi barədə polisə məlumat daxil olub.

APA DİN-ə istinadən xəbər verir ki, araşdırmalarla həmin şəxsin döyülməsi, kəsici alətlə xəsarət yetirilərək mobil telefonunun talanması, daha sonra telefonundakı tətbiq vasitəsilə 367 manat dəyərində alış-veriş edilməsi məlum olub.

Ona xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Nihad Abasov və Namiq Sadiqi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
4
Mənbələr
Şərh ()
Bağla