AZ

KİV: Rusiya artıq Krım körpüsündən silah daşımaq üçün istifadə etmir

Rusiya artıq Krım körpüsündən silah daşımaq üçün istifadə etmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Britaniyanın "The Independent" qəzeti yazıb.

Nəşrin yazdığına görə, peyk görüntüləri göstərir ki, Rusiya Ukraynadakı cəbhə xəttindəki qoşunlarını təchiz etmək üçün artıq Krım körpüsündən demək olar ki, istifadə etmir.

Bunun əvəzinə Moskva Ukraynanın nəzarətə götürdüyü şərq vilayətləri vasitəsilə quru marşrutlara keçib.

"Molfar" şirkətinin analitikləri sözlərinə görə, 2024-cü ilin fevralından aprel ayına kimi Krım körpüsünün dəmir yolu hissəsində bir dənə də olsun hərbi texnika ilə yüklənmiş qatar qeydə alınmayıb. Təkcə fevral ayında yanacaq çənləri olan 55 vaqon uzunluğunda yük qatarı körpüdən keçib.

Qeyd olunub ki, 2023-cü il iyulun 17-də Ukraynanın dəniz dronlarının hücumu nəticəsində Krım körpüsünün bir neçə dayağının dağılmasından sonra Rusiya körpüdən silah və hərbi texnika daşımaq üçün istifadəni əhəmiyyətli dərəcədə azaldıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla