AZ

Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi



BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun bariz göstəricisidir.Xüsusilə yaşıl iqtisadiyyata keçid strategiyasının tətbiq edilməsi, bəşəri problemlərə fəal yanaşma dövlətimizin prioritet istiqamətləri sırasındadır. Məhz bu çərçivədə Azərbaycanın üzərinə olduqca böyük vəzifə düşür. 


Bu gün Azərbaycan Respublikası Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Qürurla deyə bilərik ki , qazandığımız şanlı zəfər də ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib.Prezident Azərbaycanın mədəniyyətlərarası dialoqa çox əhəmiyyət verdiyini, çoxsaylı tədbirlər təşkil etdiyini və bunların dinlərarası dialoqla bağlı olduğunu deyərək bunları Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində də həyata keçirdiyimizi vurğuladı. O söylədi ki,bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaqdır. Məlumdur ki, ölkəmiz əsaslı fikir mübadiləsi və aktual suallara cavab tapmaq üçün imkanlar yaradan unikal platformaya çevrilir. Məhz belə bir ərəfədə COP29-un Azərbaycanda keçirilməsi olduqca müsbət fürsətlər yaradır. Beynəlxalq ictimaiyyətin Azərbaycana hörmət və etimadının göstəricisi olan bu nüfuzlu tədbirdə dünya liderlərinin, hökumət rəsmilərinin, alimlərin və bütünlükdə hamımızın iştirakı həll yolları üçün olduqca əlverişlidir.



Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti təntənəli qələbəsidir. Ölkə başçısı bununla əlaqədar çıxışında  vurğulayaraq qeyd etdi ki, “Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçilib. Ölkəmiz indi öz rolunu körpülərin salınmasında görür. Hazırda həmrəylik və qarşılıqlı etimadın olması mütləqdir. Bu dialoq məsələsi orada da müzakirə olunacaqdır. Bütün dünyadan gələn bu sahə üzrə rəhbərlərin bu gün Bakıda həmrəylik nümayiş etdirəcəklərinə və liderlik göstərəcəklərinə inamını ifadə edərək dini nümayəndələrin rolunun dünyada bütün xalqlar üçün vacib olduğunu və onların sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməli olduğunu nəzərə çatdırdı. Bunlar çox vacib amillərdir. Bakının COP29-a ev sahibliyi etmək öhdəliyi beynəlxalq və daxili siyasi-iqtisadi mülahizələri birləşdirən çoxşaxəli strategiya ilə dəstəklənir. COP29-a ev sahibliyi etmək qərarı Bakının iqlim dəyişmələri ilə mübarizəyə töhfəsini ehtiva etməklə yanaşı, Azərbaycanı təkcə ənənəvi enerji resurslarında deyil, həm də artan yaşıl texnologiyalar sahəsində regional lider kimi təqdim etmək imkanı yaradır. Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərin önündə olmasını nümayiş etdirən önəmli hadisədir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatınn məsul əməkdaşı




Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
Mənbələr
Şərh ()
Bağla