AZ

Müştərisinə mahnı oxuyan taksi sürücüsü: “Arzum, Qarabağ universitetində...” - VİDEO

Sosial şəbəkədə taksi sürücüsü Pərviz Zeyn müştərisini səsi ilə təsirləndirərək  diqqətləri üzərinə çəkib.


Ednews sözügedən şəxslə əlaqə yaradaraq müsahibə alıb. Müsahibəni təqdim edirik:

c4e1e02d-ea25-4e94-873c-c1c08ac7e3e2.jpg

- Pərviz bəy özünüz haqda qısa məlumat verərsiniz...


- Zeynalov Pərviz Feyruz oğlu, 1988-ci ildə Bakı şəhərində doğulmuşam. Bir ildi taksi fəaliyyətindəyəm. 


- İncənəsətə marağınız necə yarandı?


- İncəsənətə 30 yaşımdan başladım. İlk növbədə mahnılar yazmışam. Nədənsə uğur qazana bilmədim.


- Yazdığınız mahnıların mövzusu nə olub?


- Mahnılarım əsasən yaşadıqlarımı əks etdirib. Yaşadıqlarımı qələmə alıb musiqi bəstələmişəm. 


- Taksidə sərnişinlərinizə mahnı ifa edirsiniz?


- Əlbəttə, yox. Son zamanlar başlamışdım mahnı oxumağa. Bəzən elə olub sərnişinlər ilə birlikdə mahnı ifa etmişik. 


- Kimsə demişdi ki, sizə səsiniz əsrarəngizdir?


- “Elay” production mənim sponsorum olub. Youtube platfomasında klipim də var. Sadəcə elə oldu ki, ilk mahnımız tutmadı. Arangmançılar bizi aldatdılar. Yaşadıqlarım məni həvəsdən salmışdı. 


- İlk mahnınız hansı olub?


- İlk mahnım “Pəncərənə qoyduğum güllər” mahnısı olub.


- Həyatınızın dönüş nöqtəsi nə zaman olduğunu düşünürsüz?


- Bir gün taksimə qadın müştəri mindi. O məni yenidən musiqiyə həvəsləndirdi. Mənə ilham mənbəyi oldu. Mənim kimi insanlar çoxdu. 


- O qadın kim idi?


- Türkiyəli xanım idi, kibertəhlükəsizlik üzrə ekspert Berna Baysal. 


- Həyatda ən böyük arzunuz nədir?


- Qarabağda açılan universitetdə “Unutma ki, dünya fani” mahnısını ifa etməkdir. Bu mahnının sözləri şəhidlərimizə hərs olunub. 


- Son olaraq nə demək istəyərsiniz?


- Səsimi bəyənən hərkəsə öz təşəkkürümü bildirirəm. Sevinirəm ki, şəhidlərin yad edilməsində mənim də payım oldu.


Söhbətləşdi: Aynurə İsmayıl


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
50
Mənbələr
Şərh ()
Bağla