AZ

Azərbaycan-Slovakiya biznes forumunda qarşılıqlı sərmayələrin təşviqi barədə müzakirələr aparılıb

“Azərbaycan-Slovakiya biznes forumunda ikitərəfli iqtisadi əlaqələrin səmərəsini yüksəldən birgə fəaliyyət istiqamətlərinin genişləndirilməsi, ticarət, energetika, sənaye, nəqliyyat, turizm sahələri üzrə tərəfdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük”.

Bu barədə sosial şəbəkə hesablarında paylaşımında iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir əlavə edib ki, forumda ölkələrimizin investisiya imkanlarının dəyərləndirilməsi, biznes subyektləri arasında əməkdaşlığın və qarşılıqlı sərmayələrin təşviqi barədə müzakirələr aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla