AZ

Azərbaycan artıq 4-cü DİM hesabatını hazırlayan az ölkələrdən biridir - Sahib Məmmədov

Bakı. Trend:

Azərbaycan artıq 4-cü DİM hesabatını hazırlayan az ölkələrdənbiridir.

Trend xəbər verir ki, bunu mayın 7-si “Azərbaycanın 4-cü KönüllüMilli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ciDİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxışedən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, bu Azərbaycanın bu layihəyə verdiyi önəmingöstəricisidir.

“Aparılacaq məsləhətləşmələr hesabatda öz əksini tapacaqdır.4-cü Könüllü Milli Hesabatın əvvəlkilərdən əsas fərqi odur ki,digər hesabatlar da təhlil olunanda burada qeydlər aparılır. Bukonfransda Laos nümayəndələri də iştirak edir.

Azərbaycanın bu sahədə əldə etdiyi uğurlarla qonaqlarımız tanışolacaqlar. Öz təcrübələrimizi bölüşəcəyik", - o deyib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatınadair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişafMəqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqukeçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
Mənbələr
Şərh ()
Bağla