AZ

"Azərbaycan iqtidarlı bir ölkədir" - BMT Nümayəndəsi

"Azərbaycan bu ilin iyul ayında Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üzrə dördüncü könüllü milli icmalını təqdim edəcək dünyada nadir ölkələrdən biridir."

Ednews xəbər verir ki, bu fikirləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib. O, Azərbaycanın öz məqsədlərinə çatmaq üçün çox qərarlı bir ölkə olduğunu vurğulayıb:

"Bu fakt Azərbaycan hökumətinin öz məqsədlərinə çatmaq üçün çox güclü qərarlı olduğunu nümayiş etdirir. DİM-in gündəliyi həqiqətən də Azərbaycanda dərin köklərə malikdir.

Bu gün Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli İcmalı, qadınların iqtisadi imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyişlə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilir".

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla