AZ

İkitərəfli danışıqlar – Bunu kim istəmir?

Artıq bəllidir ki, Azərbaycan və Ermənistan arasında danışıqlar ikitərəfli formatda aparılır.

Qazaxıstan görücünün vaxt da müəyyənləşdi.

Bu gün Baş nazirin birinci müavini Şahin Mustafayevin ofisindən verilən məlumatda deyilir ki, artıq 40 sərhəd dirəyi quraşdırılıb. Deməli proses nəzərdə tutulan qrafik üzrə davam edir. Və bəlkə də qrafiki qabaqlayır.

Sözsüz ki, Azərbaycan bu təmasların intensiv olmasında maraqlıdır və lazıım olan hər şeyi edir.

Ermənistanda isə hakim isteblişment israrlı olsa da ona qarşı çıxan qüvvələr var.

Ermənistanın Azərbaycanla sülh gündəliyinə mane olmaq istəyən qüvvələrin spektri də maraqlıdır.

Artıq sirr deyil ki, Ermənistandakı etiraz elektoratı kilsədən təlimat alır.

Bundan başqa Rusiya rəsmiləri hadisələri sakitcə izləyir, lakin Kremlə bağlı olan rus mediası sərhədlərin müəyyənləşdirilməsinə qarşı çıxan kütlənin ruporuna çevrilib.

Eyni zamanda Ermənistandakı Rusiyaya bağlı KİV və siyasilər də etirazlarla hmrəylik nümayiş etdirir.

Məhz bu sadaladıqlarımızdan belə bir məntiqi nəticə çıxır ki. Erməni kilsəsi və Rusiya Azərbaycan və Ermənistan arasında aparılan ikitərəfli danışıqları və bu danışıqlardab əldə olan nəticələri qəbul etmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla