AZ

Maduro Putini o ki var tərifləyib və...

...Venesuela lideri Nikolas Maduro Vladimir Putinin Rusiya Federasiyasının prezidenti kimi qarşıdan gələn andiçmə mərasimini şərh edib.

Onun sözlərinə görə, rus xalqı Putini sevir, dəstəkləyir və hörmət edir.

SİA-nın əldə etdiyi məlumata görə, Venesuela prezidenti “Maduro Plus ilə” verilişində PutiniRusiyanı inkişaf yoluna yönəldən və onu yeni super gücə çevirən müasir dünyanın liderlərindən biriadlandırıb.

Maduro Putini tərifləyib və qeyd edib ki, SSRİ-nin dağılmasından sonra o,ən qısa müddətdə Rusiya Federasiyasını bərpa edib və iqtisadi, sosial, texnoloji və hərbi inkişafı ən yüksək səviyyədə təmin edib.

Bundan əlavə, Venesuela lideri ölkəsinin Rusiya Federasiyası ilə birlikdə “çoxqütblü dünyaya doğru irəliləməyə” hazır olduğunu açıqlayıb.

...Bu, bizim taleyimizdir, - deyib Maduro.

Hə, yeri gəlmişkən,..bunları da tanımaq olmur, belə ki, bir müddət bundan əvvəl Maduro ABŞ-ın dünya üzrə planlaşdırdığı hərbi münaqişələr barədə danışmışdı.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla