AZ

Azərbaycan və Slovakiya arasında münasibətlər inkişaf edir - Yusif Abdullayev

Bakı. Trend:

Azərbaycan və Slovakiya arasında münasibətlər inkişaf edir.

Trend xəbər verir ki, bu barədə bu gün AzərbaycanRespublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin(AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilənAzərbaycan-Slovakiya biznes forumu çərçivəsində jurnalistlərəaçıqlamasında deyib.

"Əfsuslar olsun ki, ticarət rəqəmlərimiz çox da deyil.Slovakiyanın Azərbaycanda 7 şirkəti fəaliyyət göstərir. Təşkiletdiyimiz forumdan sonra həm ticarət əlaqələrimiz daha da inkişafedəcək. Ümumilikdə 90-dan çox şirkət nümayədələri bu forumdaiştirak edir. Bu biznes forumu Slovakiyanın baş nazirininAzərbaycana səfəri çərçivəsində hazırlanıb. İnanırıq ki, həmsənaye, kənd təsərrüfatı, həm də İT sahəsində əməkdaşlıq inkişafedəcək.

İki dövlət arasında ixrac çox azdır. Bunun genişləndirilməsilazımdır. Yalnız məhsulların yox, xidmət ixracının da öz töhfəsiniverməyi gözləyirik", - deyə Y.Abdullayev bildirib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla