AZ

Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir 

Almaniyadan dəvət olunmuş peşəkar ortoped-travmatoloq, professor Hans-Peter Geiselhart Diaqnoz Tibb Mərkəzində ödənişsiz pasiyent qəbulu həyata keçirir.
 
Diaqnoz Tibb Mərkəzindən Aztibb.az-a verilən məlumata görə, professor Hans-Peter Geiselhart Almaniya Federativ Respublikası Höküməti tərəfindən maliyyələşən SES proqramı çərçivəsində 24 may tarixinədək pasiyentləri qəbul edəcək.
 
Həkimin icra etdiyi xidmətlər aşağıdakılardır:
Uşaqlarda anadangəlmə bud-çanaq çıxıqları;
Onurğa sütununun skolioz və kifoz xəstəliklərinin müayinə və müalicəsi;
Diz, bud-çanaq, çiyin oynaqlarının endoprotezləşməsi;
Serebral iflic;
Əyri pəncəlik;
Halluks valqus deformasiyası;
Artroskopik əməliyyatlar;
Hər növ travmatoloji müayinələr və s.
 
Həkim qəbuluna öncədən yazılmaq mütləqdir!
 
Mobil: (+994 55) 754 43 03
 
Çağrı mərkəzi: 904
 
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla