AZ

BOKT “ASET Maliyyə Texnologiyaları” zərərini 2 dəfə azaldıb

Bank Olmayan Kredit Təşkilatı “ASET Maliyyə Texnologiyaları” MMC 2023-cü ili 40 min manata yaxın xalis zərər ilə başa vurub. Təşkilat 2022-ci ili 81 min manat xalis zərər ilə bağlamışdı. Zərərin azalması gəlirlərin artması ilə əlaqədardır.

Marja.az Təşkilatın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “ASET Maliyyə Texnologiyaları”nın faiz və komissiya gəlirləri 2022-ci ildə 3 min 428 manat ikən, 2023-cü ildə 35 min 980 manata yüksəlib (10,5 dəfə artıb). 

31 dekabr 2023-cü il tarixində “ASET Maliyyə Texnologiyaları"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 151 min manata çatıb. 2022-ci ilin sonunda Təşkilatın kredit portfeli 84 min manat təşkil etmişdi. 

Bank Olmayan Kredit Təşkilatı “ASET Maliyyə Texnologiyaları” MMC-də 100% payçı Bağırov Elçin Hüseyn oğlu dur. 

 

ASET Maliyyə Texnologiyaları BOKT Bağırov Elçin Hüseyn
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
marja.az

1Mənbələr