AZ

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Radanın

Bakı, 7 may, AZƏRTAC

Ukraynalı pilotlardan ibarət ilk qrupun təlimi mayın sonunda başa çatacaq, F-16 qırıcıları isə iyul ayında Kiyevə təhvil veriləcək.

AZƏRTAC xəbər verir ki, Ali Radanın deputatı Aleksey Qonçarenko bu barədə özünün sosial media hesabında yazıb.

Ukrayna uzun müddətdir ki, tərəfdaşlarından F-16 qırıcıları istəyir. Lakin Qərb ölkələri pilotların və yerüstü xidmət personalının lazımi hazırlığı olmadan onları Kiyevə vermək istəmir. Danimarka, Hollandiya, ABŞ və bir sıra digər dövlətlər hazırda ukraynalı pilotların təlimlərində fəal iştirak edirlər.

Rusiya prezidenti Vladimir Putin isə Ukraynaya yeni silahların, o cümlədən F-16 qırıcılarının verilməsi ilə cəbhədəki vəziyyətin dəyişməyəcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla