AZ

Millimiz İnkişaf Turnirində sonuncu oyununu keçirəcək

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, yığma ABFF Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

Qeyd edək ki, U-17 ilk iki görüşdə Belarus (1:3) və Qazaxıstana (2:2, penaltilərlə 1:4) məğlub olub. Türkiyə millisi isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığmaları üzərində qələbə qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
27
Mənbələr
Şərh ()
Bağla