AZ

Yazda göz allergiyasına diqqət yetirin!

Buna səbəb günəş şüasının artması və ağacların tozudur

  Yaz-yay aylarında gözdə sulanma halları artır. Buna səbəb günəş şüasının artması və ağacların tozudur. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, bu aylarda gözləri tez-tez sulananlar ehtiyatlı olmalıdır. Gözün sulanması təkcə allergik reaksiyadan deyil, həm də infeksiyadan xəbər verir. Mütəxəssislər bildirir ki, bunun qarşısı alınmazsa, korluğa səbəb ola bilər. Bunu nəzərə alaraq insanlar göz allergiyasına qarşı diqqətli olmalı, gözdə sulanma halları tez-tez yaşanırsa, mütləq həkimə müraciət etməlidirlər. Professor Mehmet Bülent Doğu qeyd edib ki, göz xəstəliklərinə diqqət edilməlidir. “Allergiya əlamətləri gözlərdə qaşınma, yanma, qızartı ilə müşayiət olunur. Buna yaz allergiyası deyilir. Əsas məsələ, allergiya ilə infeksiyanı ayırd etməkdir. Allergiya quru olur. Qızartı, qaşınma, yanma verir. Göz qapaqları şişir. Əgər gözlərdə sulanma, axıntı varsa, bu artıq infeksiyadır. Axıntı da sarı və ya yaşıl rəngdə olur. Allergiya ilə infeksiyanın əsas fərqi gözlərdəki quruluq və axıntıdır. Axıntı, sulanma varsa infeksiya, quru halda qaşınma, qızartı varsa, allergiyadır”, söyləyən professor allergiyanı əsasən günəş şüaları və ağacların tozcuqlarının yaratdığını deyib. “Günəş şüalarının təsirini artırdığı yaz-yay aylarında allergik reaksiyalar çoxalır. Ağacların tozcuqları da orqanizmdəki allergiya mənbələrini aktivləşdirir. Təkcə ağac tozcuqları deyil, çəmənlikdə, parklardakı yaşıllıqlar da allergik reaksiyalara səbəb olur. Həssas orqanizmlər tozcuqlara dərhal reaksiya verir və bu da özünü dəridə, gözlərdə qaşınma, qızartı ilə göstərir. Təkcə gözlərdə deyil, burun axması, burunda doluluq, asqırıq, boğazda qaşınma, öskürək, yorğunluq, halsızlıq kimi hallar da yaşana bilir. Hətta qoxu və iybilmə reseptorları da zəifləyə bilər”. Professor M.B.Doğu bildirib ki, gözdə allergik reaksiyalar zamanı dərman preparatları qəbul etmək məsləhət deyil. Dərmanların heç bir köməyi olmur, əksinə, allergiyanı daha da kəskinləşdirə bilər: “Goz allergiyasına qarşı göz damlaları məsləhət görülür. Göz damlaları allergik reaksiyanı yavaşladır, qaşınmanı, qızartını aradan qaldırır. Göz qapaqlarında şişlik varsa, üzərinə buz qoymaq da məsləhətdir. Buz şişkinliyin aradan qalxmasına kömək edəcək. Lakin əgər gözlər sulanırsa və axıntı varsa, mütləq həkimə müraciət etmək, müayinə olunmaq lazımdır. Çünki bu, infeksiyanın əlamətidir. Göz infeksiyaları da son zamanlar geniş yayılıb, müalicə ilə qarşısı alınmadıqda görmə qabiliyyətinin zəifləməsinə, hətta korluğa da səbəb olur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla