AZ

“Mançester Yunayted”dən ANTİREKORDLAR

“Mançester Yunayted” tarixinin antirekordunu təkrarlayıb.

İdman.biz xəbər verir ki, Erik Ten Haqın yetirmələri mövsüm ərzində buraxılan qol sayında ən pis göstəriciyə imza atmağa yaxındır.

Premyer Liqanın XXXVI turunda “Kristal Pelas”a uduzan “qırmızı şeytanlar” artıq bütün turnirlərdə ümumilikdə 81 qol buraxıb. Bu, 1976/77 mövsümündəki antirekordun təkrarıdır. Son turlarda buraxılacaq bir qolla tarixin ən uğursuz nəticəsi rəsmiləşəcək.

“Mançester Yunayted” həm də Premyer Liqada mövsümdə13-cü məğlubiyyətini alıb. Bu, yarışın belə adlandığı dövr üçün antirekorddur. Mançesterlilər 2013/14 və 2021/22 mövsümlərində 12 dəfə uduzublar. Komandanın mütləq antirekordu 1989/90 mövsümünə təsadüf edib – 16 məğlubiyyət.

Qeyd edək ki, “Mançester Yunayted” “Kristal Pelas”a 0:4 hesabı ilə məğlub olub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla