AZ

O videodakı hərbçi Azərbaycanın xüsusi təyinatlısı deyil – GÖRÜNTÜ

Sosial şəbəkələrin erməni seqmentində və teleqram kanallarındaTavuş vilayətinin Kirants (Xeyrımlı) kəndi ərazisində azərbaycanlı hərbçinin olduğu haqda iddialar yayılıb.

Turkustan.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yayılan videoda kənd ərazisində hərbi geyimdə olan bir şəxs görünür. Həmin hərbçinin Azərbaycan xüsusi təyinatlılarının mənsubu olduğu iddia edilib.

Görüntülərlə əlaqədar Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb. Rəsmi məlumatda Kirantsda Azərbaycan xüsusi təyinatlılarının olması barədə yayılanlar təkzib edilib.

Bildirilib ki, videoda yer alan şəxs Ermənistan xüsusi təyinatlı bölmələrinin hərbi qulluqçusudur.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ölkələrarası dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin – Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
9
Mənbələr
Şərh ()
Bağla