AZ

Qroznı həyat keyfiyyəti ən yüksək olan şəhər seçilib

Yazını böyüt
Yazını kiçilt

Rusiya hökumətinə bağlı bir institutun apardığı araşdırmaya görə, Qroznı ölkədə ən yüksək həyat keyfiyyətinə malik şəhər seçilib.

Hafta.az-ın yazdığına görə, hökumətə bağlı Maliyyə Universitetinin Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun birinci rübdə apardığı araşdırmada Çeçenistanın paytaxtı hətta Moskvanı da keçə bilib.

İlk onluğa daxil olan digər şəhərlər isə Soçi, Kaluqa, Sankt-Peterburq, Vladimir, Novorossiysk, Yekaterinburq, Sevastopol və Tula olub.

İnstitutun direktoru Aleksey Zubets bildirib ki, şəhərlərdə həyat keyfiyyəti kifayət qədər maliyyə gəliri, effektiv səhiyyə sistemi və təhsil imkanları ilə müəyyən edilir.

“Novye İzvestiya” portalı yazır ki, araşdırmanın nəticələri sosial mediada təəccüblə qarşılanıb. O, portal istifadəçilərinin paylaşdığı şərhlərdə Çeçenistana maliyyə yardımı ilə bağlı tənqidi yanaşmanın üstünlük təşkil etdiyini diqqətə çatdırıb.

Bu arada, RİA-nın araşdırmasına görə, Rusiyada işsizliyin ən çox olduğu federal bölgələrdən biri məhz 10,4 faizlə Çeçenistandır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla