AZ

Deməli,..nə olub..?

...Ukrayna əsilli Yuri Qaluşko adlı bir rus əsgəri altı döyüşçü yoldaşını güllələyib.

SİA-nın əldə etdiyi məlumata görə, güllələnən rus əsgərlərinin ölüb-qalmaları ilə bağlı bir şey deyilməsə də, amma Qaluşkonun silahdaşlarını güllələməsinin səbəbi bəlli olub.

Belə ki, ukraynalı olub ruslar tərəfində Ukraynaya qarşı döyüşənQaluşkonu özündən çıxaran Xarkovun atəşə tutulması zamanı orada yaşayan anasınınyaralanması olub.

Təbii ki, törətdiyi cinayətin məsuliyyətini başa düşən Yuri Qaluşko...elə gecəykən aradan çıxıb.

...Və Rusiyanın hüquq mühafizə orqanı əməkdaşları operativ şəkildə, onlar da elə gecəykən Yurinin arvadı Natalyanı Belqorod vilayətindəki polis bölməsinə gətirib dindiriblər.

Qadının dediyinə görə, Qaluşko Xarkovda İkinci Dünya Müharibəsi veteranı ailəsində anadan olub. Atası 2011-ci ildə vəfat edib, iki il sonra o Natalya ilə evlənib və Belqorod vilayətinə köçüb. Onlar 15 il nikahda yaşayıb, iki uşaq dünyaya gətiriblər.

Qaluşko Uralda hərbi xidmətdə olub, sonra Körpü metal konstruksiyaları zavodunda mühafizəçi işləyib.

Qadın keçmiş ərinin aqressiv insan olmadığına da and içib. O, keçmiş ərininnoyabr ayında oğlunun ad gününə gəldiyini və ciddi görmə problemlərindən şikayətləndiyini də polislərin diqqətinə çatdırıb.

Qadının dediyinə görə, keşmiş əri göz əməliyyatı üçün pul qazanmaq ümidi ilə Ukraynaya qarşı müharibəyə qatılıb.

...Hə, yeri gəlmişkən, Xarkovda doğulub, elə bu şəhərdə də yaşayan Yurinin anası, oğlunun Rusiyaya köçmək təklifindən həmişə imtina edib.

Xarkovun ruslar tərəfindən növbəti atəşə tutulması zamanı qadın insult keçirib və hazırda vəziyyəti ağırdır.

...Onu da deyim ki, Rusiya mətbuatının yazdığına görə, Qaluşko bu il fevralın sonunda Rusiya ordusu ilə müqavilə bağlayıb, bundan əvvəl o, koloniyada xidmət edib.

...Və hazırda o, Rostov, Belqorod və Voronej vilayətlərində axtarışa verilib.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla