AZ

İmişlidə rus icmasının nümayəndələri ilə görüş keçirilib - FOTOLAR

YAP İmişli rayon təşkilatı və İmişli rayon Ağsaqqallar Şurasının birgə təşkilatçlığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev və tolerantlıq” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, İmişli rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Mirzə Quliyev, Azərbaycan Rus İcması sədrinin birinci müavini, YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina, Azərbaycan Rus İcması sədrinin müavini Vitali Kovalyov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rus icmasının üzvləri və partiya fəalları iştirak ediblər.SİA xəbər verir ki, ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi böyük ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan millətlərarası münasibətlərindən bəhs edib, ölkəmizdə tolerantlıq, multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb. Möhtərəm Prezidentimizin bölgələrə səfərləri zamanı orada yaşayan slavyandilli xalqların problemləri ilə yaxından maraqlandığını diqqətə çatdırıb.
Çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov bildirib ki, ölkəmizdə azərbaycanlılarla birgə yaşayan digər millətlərin, o cümlədən rusların da milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə böyük qayğı göstərilir.
İmişli RİH Başçısının birinci müavini Mirzə Quliyev qeyd edib ki, Azərbaycanda tolerantlığın bərqərar olunmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri misilsizdir və hazırda bu siyasət dövlətimizin başçısı tərəfindən davam etdirilir.
Azərbaycan Rus İcması sədrinin birinci müavini, YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina tolerantlığı ilə bütün dünyada tanınan Azərbaycanda yaşayan ruslar üçün hər cür şəraitin yaradıldığını, azərbaycanlılarla bərabər rusların da ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etdiyini, dərin köklərə bağlı Azərbaycan-Rusiya dostluğunun bu gün də uğurla davam etdirildiyini bildirib.
Digər çıxış edən icma üzvləri hər cür qayğı ilə əhatə olunduqlarını vurğuladılar. Onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
Tədbirin sonunda rus icmasının nümayəndələrinə sovqat hədiyyə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla