AZ

Çin Ukraynadakı müharibə ilə bağlı tənqidlərə sərt reaksiya verib

Çin sədri Si Tsinpin ölkəsinin Ukraynadakı müharibə ilə bağlı tənqid edilməsinə sərt reaksiya verib.

 

Viral.az NYT-yə istinadən xəbər verir ki, Fransaya iki günlük səfər edən Çin lideri Ukrayna müharibəsi zamanı ölkəsinin Rusiya ilə yaxın münasibətlərinə görə tənqid edilməsinə qəti şəkildə qarşı çıxıb.

 

“Biz bu böhranın məsuliyyəti üçüncü ölkəyə daşımaq üçün istifadə edilməsinə, imicinin ləkələnməsinə və yeni Soyuq Müharibənin alovlanmasına qarşıyıq”, – o deyib.

 

Nəşr yazır ki, Çin sədri ölkəsinin bu böhranın başlanğıcında olmadığını, onun tərəfi olmadığını və iştirak etmədiyini xatırladıb.

 

“Görünür, bu sərt ifadə, əsasən, Çinin Rusiyadan böyük miqdarda neft və qaz almaqla yanaşı, qırıcı təyyarələr, mikroçiplər və digər ikili təyinatlı avadanlıqlar üçün detallarla, Rusiya qoşunlarını peyk görüntüləri ilə də təmin etməklə Ukraynadakı müharibədə Moskvaya kömək etməyə davam etdiyinə inanan ABŞ-a yönəlib”, – materialda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla