AZ

Güneyli aktivistə məzuniyyət verilib

Güneyli

Güney Azərbaycan milli hərəkatının aktivisti Əli Rəzayzadə Nadarlı mayın 6-da məzuniyyətə göndərilib.

Gunaz.tv

Bir illik məhkumluq müddətini Tehran şəhəri Evin Həbsxanasının 8-ci Palatasında çəkən aktivistə 3 günlük məzuniyyət verilib.

Ona məzuniyyət zəmanət kimi bir milyar tümən dəyərində mülkə sənədi qoyuluşu ilə təmin olunub.

Tehran şəhəri sakini Əli Rəzeyzadə qət edilmiş həbs müddətini çəkmək üçün ötən ilin oktyabr ayında bir sıra fikirdaşlarının müşayiəti ilə özünü Evin Həbsxanasına təqdim etmişdir.

Aktivist “respublikanın təhülükəsizliyini pozmaq məqsədi ilə qanunsuz türkçülük ideyası daşıyan qrupda üzvlükdə” ittiham olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla