AZ

Azərbaycan 4-cü Könüllü Milli Hesabatını təqdim etməyi planlaşdırır - Vladanka Andreyeva

Bakı. Trend:

Azərbaycan DİM istiqamətində iyunun 14-də 4-cü Könüllü MilliHesabatını təqdim etməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu mayın 7-si Birləşmiş MillətlərTəşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi VladankaAndreyeva “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlıtərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda4-cü DİM Dialoqunun açılışındakı nitqində deyib.

Onun sözlərinə görə, bu panellərin, iclasların məqsədiAzərbaycanda dayanıqlı inkişaf məqsədləri üzrə yenilikçi həllvariantlarının gətirilməsidir.

“Bu elə bir platformadır ki, Azərbaycanın dördüncü könüllühesabatı nəzərdən keçirilir. Azərbaycan az ölkələrdəndir ki,dördüncü hesabatını təqdim edir. Bu onu göstərir ki, Azərbaycanhöküməti bu istiqamətə ciddi diqqət ayırır”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatınadair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişafMəqsədləri (DİM) üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqukeçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
4
Mənbələr
Şərh ()
Bağla