AZ

Azərbaycanda bu zavodun külli miqdarda vergi borcu yaranıb

"Sumqayıt Aşqarlar" ASC-nin külli miqdarda vergi borcu yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin hazırkı günədək yığılmış vergi borcunun məbləği 272 743,92 manat təşkil edir.

Qeyd edək ki, Sumqayıtda aşqar istehsal edən qurğu 1960-cı ildə ilk məhsulunu verib, 1966-cı ildə həmin qurğu əsasında müstəqil Sumqayıt Aşqarlar zavodu yaradılıb. Zavodun hüquqi varisi olan "Sumqayıt-Aşqarlar" ASC isə 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 596 004 manatdır. Qanuni təmsilçisi ASC-nin Baş direktoru Rasim Dadaşevdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
iqtisadiyyat.az

2Mənbələr