AZ

Bundesliqa klubu baş məşqçisini istefaya göndərdi

Almaniyanın Bundesliqa təmsilçisi “Union Berlin” baş məşqçisi Nenad Belitsa ilə yollarını ayırıb.

Futbolinfo.az bu barədə Berlin klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

52 yaşlı mütəxəssislə yanaşı, köməkçiləri də komandadan göndərilib. Onu müvəqqəti olaraq Marko Qrotenin əvəz edəcəyi diqqətə çatdırılıb.

Xorvatiyalı 2023-cü ilin noyabrında Berlin klubunda çalışırdı.

Paytaxt təmsilçisi Bundesliqada 30 xalla 15-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
Mənbələr
Şərh ()
Bağla