AZ

Aranı qarışdıran keşişə sərt xəbərdarlıq: “Hazır ol, İrəvana çatan kimi...”

Ermənistan hökuməti revanşist keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi aksiyanın qarşısını almaq üçün ssenari hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.

Nəşr bildirir ki, Nikol Paşinyan hökuməti mümkün addımlar barədə baş keşiş II Qareginə (Eçmiədzin kilsəsi) xəbərdarlıq edib:

“Hakimiyyət müxtəlif kanallarla Eçmiədzinə elçilər göndərərək, Baqratı Nikol Paşinyanın istefası məsələsini gündəmə gətirməməyə çağırıb. Kilsəyə ultimatum veriblər ki, etirazlar Paşinyanın istefası tələbi olmadan yalnız sərhədin demarkasiyası prosesi baxımından ifadə edilməlidir. Əks halda kilsə və üzvlərinə qarşı sərt addımların atılacağı bildirilib.

Hökumətin elçiləri eyham vurdular ki, etirazçıları toqquşmalara aparmağa hazır olmalıdırlar, çünki güc tətbiq olunacaq”.

Baqrat Qalstanyan mayın 4-də bir qrup təxribatçı ilə Tavuşdan İrəvana yürüşə başlayıb. Təxribatçı aksiya Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına etiraz olaraq təşkil edilib. Etirazçılar İrəvana mayın 9-da çatmalıdırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
217
1
Mənbələr
Şərh ()
Bağla