AZ

NASA ən cavan asteroid kəşf edib

Yazını böyüt
Yazını kiçilt

NASA-nın “Lusi” kosmik gəmisi hələ başlanğıcda olan asteroidi kəşf edib. “Selam” adlı göy cisminin 2-3 milyon il yaşı olduğu təxmin edilir.

Hafta.az-ın “Popular Science”ə istinadən yazdığına görə, Günəş sistemindəki asteroidləri araşdırmaq missiyasını davam etdirərkən, “Lusi” 2023-cü ilin noyabrında Yerə yaxın “Dinkineş” asteroidinin orbitində başqa bir obyekt gördü. Elm adamları “Selam”ın sürətlə fırlanan “Dinkineş”in səthindən atılan materialdan ibarət olduğunu düşünürlər.

Marsla Yupiter arasındakı asteroid qurşağında yerləşən bu iki obyekt arasındakı əlaqəyə əsaslanaraq, tədqiqatçılar Selamın yaşını hesablamaq üçün bir model yaratdılar. Normalda asteroidlərin yaşı onların səthindəki zərbə kraterlərinin sayına baxılaraq hesablanır. Bu üsul meteoritin kosmosda nə qədər çox qalacağı, bir o qədər çox zərbə alacağı və bunun da kraterlərin sayını artıracağı fikrinə əsaslanır.

“Astronomy and Astrophysics” jurnalında dərc olunan araşdırmanı aparan alimlər “Dinkineş” və “Selam”ın hərəkətlərini və onlar arasındakı dinamikanı araşdırıblar. Belə ikili sistemlər cazibə qüvvəsi və günəş radiasiyasının təsiri ilə ziddiyyət təşkil edir. Sistemin enerjisini də dəyişən bu iki təsir sonda güc baxımından bərabərləşdikdə sistem tarazlığa çatır.

Bu tarazlığın əldə edildiyini fərz edən araşdırma qrupu, “Selam”ın formalaşdıqdan sonra bu nöqtəyə gəlməsinin nə qədər vaxt aldığını öyrənməyə çalışıb. Kompüter simulyasiyaları ilə 1 milyon hesablama aparan elm adamları asteroidin yaşının 3 milyon il civarında olduğunu müəyyən ediblər. Bu nəticələr göstərir ki, “Selam” Günəş Sistemi standartlarına görə “körpənin” ölçüsüdür.

Kornell Universitetinin Aerokosmik Mühəndislik Departamentinin doktorantı Kolbi Merrill araşdırma haqqında deyib: "Asteroidlərin yaşını tapmaq onları anlamaq üçün vacibdir və bu asteroid Günəş sisteminin yaşı ilə müqayisədə olduqca gəncdir, yəni bu yaxınlarda yaranıb".

Merrill “Selam”ın "qeyri-adi unikal və mürəkkəb obyekt" olduğunu da qeyd edir. Obyekt bir-birinə yapışmış zibil qalaqları olan iki lobdan ibarətdir və kontakt-binar sistem adlanan belə bir obyektin asteroidin ətrafında fırlanması indiyədək heç vaxt görülməyib.

Tədqiqatçılar “Selam”ın yaşını hesablamaq üçün istifadə etdikləri metodun pula qənaət etmək üçün digər ikili asteroid sistemlərinə də tətbiq oluna biləcəyini düşünürlər. Yerə yaxın asteroidlərin təxminən 15 faizinin yoldaşları olduğu təxmin edilir.

“Lusi”nin növbəti dayanacağı Mars və Yupiter arasındakı 52246 “Donaldjohanson” asteroididir və daha sonra Yupiter ətrafında fırlanan meteorları ziyarət edəcək. 16 oktyabr 2021-ci ildə kosmosa buraxılan “Lusi”, “Troyan” asteroidləri adlanan bu obyektləri araşdırmaq üçün yola çıxan ilk kosmik gəmidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla