AZ

Mənzillərin qiyməti daha da bahalaşacaq - Ekpsertdən AÇIQLAMA

“Mənzillərin qiymətlərində artımlar davam etməkdədir. Çoxmənzilli binaların inşası üçün torpaq sahələri qalmadıqca, torpaqların qiyməti bahalaşdıqca gələcəkdə də tikiləcək bütün binaların satış qiymətində bahalaşmaya gətirib çıxaracaq”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. 

Zəlzələ

Ekspert bildirib ki, ölkəmizdə, xüsusən, paytaxt Bakı şəhərinin daşınmaz əmlak bazarında hər il qiymət artımları baş verir: “Daha çox qiymət artımını 2023-cü ildə müşahidə etdik. Belə ki, əmlakların qiymətlərində təkcə 2023-cü ildə 20-25%, hətta bəzi ərazilərdə 30%-ə qədər artım baş verdi. 2023-cü ilin oktyabr ayından başlayaraq isə əmlak bazarında ciddi sakitlik hökm sürdü. 2024-cü ilin yanvar ayından etibarən ipoteka kreditlərinin verilməsi səbəbindən qiymətlərdə yeni artımlar müşahidə olundu”. 

 

Elnur Fərzəliyev yeni tikili binalarda qiymət artımının müxtəlif səbəbləri olduğunu açıqlayıb: “Səbəblərdən biri artıq paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərdə çoxmənzilli binaların inşası üçün torpaq sahələrinin qalmamasıdır. Çoxmənzilli binaların inşası üçün yararlı torpaq sahələrinin həddindən artıq baha olması da tikintinin maya dəyərinə öz təsirini göstərir, nəticədə qiymət artımı baş verir. Tikinti şirkətləri son bir neçə ildə artıq köhnə, qəzalı vəziyyətdə olan, istismar müddətini bitirmiş çoxmənzilli yaşayış binalarını sökərək onların üzərinə yeni binalar tikirlər. Bu zaman isə sökülən binalarda yaşayan sakinlərə yeni tikiləcək binlarda tam təmirli, ümumi sahəsi daha böyük olan mənzillər təqdim olunur. Mənzillər təhvil verilən günə qədər tikinti şirkətləri tərəfindən hər bir vətəndaşa kirayə pulu və köç xərcləri verilir. Bunlar da öz-özlüyündə qiymət artımını qaçılmaz edir”. 

 

Aytəkin Qardaşova

Tarix: 7 May 2024, 10:23   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
Mənbələr
Şərh ()
Bağla