AZ

"Azərbaycan karbohidrogenlərin hasilatı və emalı üzrə dünya liderlərindən biri kimi tanınır"

"Azərbaycan

Azərbaycan karbohidrogenlərin hasilatı və emalı üzrə dünya liderlərindən biri kimi tanınır. Azərbaycanın neft, qaz və neft-kimya məhsulları avropalı istehlakçılara yaxşı tanışdır.

Bunu xalqcebhesi.az-a Rusiyanın tanınmış politoloqu, PolitRus ekspert və analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.

O, qeyd edib ki, bununla yanaşı, gələcək nəsillər naminə və texnoloji tərəqqi ilə ayaqlaşaraq, son illər Azərbaycanda müxtəlif sahə üzrə layihələr fəal şəkildə inkişaf etdirilir, o cümlədən "yaşıl enerji" sahəsi üzrə.

Ölkənin coğrafi mövqeyi bunun üçün əhəmiyyətli potensial yaradır. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, bərpa olunan enerji mənbələri illik 27 GVt-a qədər istehsal gücü təmin edə bilər. Bu, günəşin, küləyin, suyun (dağ çayları və Xəzər dənizinin) enerjisi, həmçinin bioqaz istehsalıdır:

"2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək ölkənin müəyyənləşdirilməsində Azərbaycanın təbii ehtiyatlara ehtiyatlı münasibəti və “yaşıl enerji”nin inkişafı sahəsində əldə etdiyi uğurlar böyük rol oynamışdır.
Belə genişmiqyaslı beynəlxalq forumun keçirilməsi öz növbəsində
qlobal iqtisadiyyatdakı tendensiyaları böyük ölçüdə müəyyən edən və bu gün “yaşıl enerji”yə investisiya yatıran böyük fondların
Azərbaycana marağını artıracaq".

Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla